Bitkoin bugün cüzi ucuzlaşaraq dərin rüblük itkilərdən sonra təzyiq altında qalmaqda davam edib. ABŞ-da faiz dərəcələrinin artırılacağı ilə bağlı gözləntilərin güclənməsi fonunda investorlar kriptovalyuta alışlarında ehtiyatlı davranırlar.
Süni intellektlə əlaqəli aktivlərə artan maraq da kriptovalyuta bazarına tələbi azaldıb. ABŞ və İran arasında sülh danışıqlarının taleyi ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanan riskdən yayınma meyilləri də bazara mənfi təsir göstərir.
Bakı vaxtı ilə saat 10:18-ə olan məlumata görə, bitkoin 1,1% ucuzlaşaraq 58 919,1 dollara düşüb. Gün ərzində dünyanın ən böyük kriptovalyutası qısa müddət ərzində 57 832,5 dollar səviyyəsinə enərək son 22 ayın ən aşağı göstəricisini yeniləyib.
Spot birja fondlarında (ETF) institusional investorların davam edən satışları da bitkoinə təzyiq göstərir. Məlumatlara görə, spot ETF-lərdən vəsait çıxışı ardıcıl səkkizinci həftə davam etmək üzrədir.
MONETAR.AZ