Rusiya İran və İsrailə turları dayandırdı – Turistlərə Türkiyə təklif olunur

Rusiya İran və İsrailə turları dayandırdı –
17 İyun 2025 08:20

Rusiyada fəaliyyət göstərən turizm şirkətləri İsrail və İrana tur satışlarını müvəqqəti olaraq dayandırıb. Bu qərar Rusiya Xarici İşlər Nazirliyinin hər iki ölkəyə qarşı verdiyi səfər xəbərdarlığından sonra verilib.

Açıqlamada qeyd olunur ki, daha əvvəl satılmış turların bir qismi də artıq ləğv olunub. Hazırda İran və İsraildə təxminən 500 rusiyalı turistin olduğu bildirilir.

“Intourist” şirkətinin İctimaiyyətlə Əlaqələr Direktoru Darya Domostroyevanın sözlərinə görə, turistlərə ya ödənilən məbləğin geri qaytarılması, ya da Türkiyə kimi alternativ istiqamətlər təklif olunur.

Bununla yanaşı, Misirdəki vəziyyətin də diqqətlə izlənildiyi qeyd edilir.

MONETAR.AZ


Oxşar xəbərlər