Şagirdlərin ümumi təhsil müəssisələri arasında elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşacaq.
Monetar.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, avqustun 20-də saat 15:00-da başlayan proses çərçivəsində elektron sistem vasitəsilə sorğuların yerləşdirilməsi sentyabrın 7-də saat 12:00-da dayandırılacaq.
Qeyd olunub ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmamış sorğular və növbələr sistem tərəfindən avtomatik silinəcək.