2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda kərə yağı istehsalında azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 11 932,8 ton kərə yağı istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 % azdır.
Statistikaya əsasən, 2026-cı il iyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 14,5 ton hazır kərə yağı ehtiyatı olub.
Bundan başqa, kə pendir və kəsmik istehsalı isə 2,3% azalıb. Əvəzində qaymaq və xama istehsalı 1,6 % artıb.
MONETAR.AZ