2026-cı ilin yanvar-iyun aylarında araq istehsalı 754,6 min dekalitr təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.
Bununla yanaşı, viski və brendi istehsalı 159,3 min dekalitr olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,5 % azalıb.
Üzüm şərabı istehsalı ötən ilin səviyyəsində qalıb və 292,3 min dekalitr təşkil edib. Pivə istehsalı isə 2 562,9 min dekalitr olub və illik müqayisədə 0,9 % azalıb.
MONETAR.AZ