Mis hasilatı 7,4 dəfə artıb, qızıl və gümüş hasilatı azalıb

Mis hasilatı 7,4 dəfə artıb,

 2026-cı ilin yanvar-iyun aylarında metal filizlərinin hasilatı sahəsində ən yüksək artım mis konsentratı üzrə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə ölkədə 8 831,3 ton mis konsentratı hasil edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.

Bununla yanaşı, qiymətli metalların hasilatında azalma müşahidə olunub. Yanvar-iyun aylarında ölkədə 1 316,5 kiloqram qızıl hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% azdır.

Gümüş hasilatı isə 1 808,2 kiloqram təşkil edib və illik müqayisədə 6,9% azalıb.

MONETAR.AZ