ABŞ müdafiə naziri: İran müharibəsinin xərci 37,5 milyard dollara çatıb

ABŞ müdafiə naziri: İran müharibəsinin xərci

ABŞ-ın müdafiə naziri Pit Heqseth İranla müharibənin ölkəyə təxminən 37,5 milyard dollara başa gəldiyini açıqlayıb.

Məlumata görə, Heqseth ABŞ Senatının Büdcə Komitəsinin iclasında bildirib ki, bu məbləğ İranla bağlı hərbi əməliyyatların cari xərclərini əhatə edir. O qeyd edib ki, Pentaqon döyüşlər zamanı istifadə olunan yüksək texnologiyalı raketlər və digər hərbi sursatların yenilənməsi üçün əlavə maliyyə tələb edir.

ABŞ Müdafiə Nazirliyi bununla yanaşı, zədələnmiş və itirilmiş hərbi texnikanın bərpası, eləcə də pilotsuz uçuş aparatları, peyklər və digər yeni texnologiyalara investisiya yatırılması üçün əlavə vəsait ayrılmasını istəyir.

Heqsethin sözlərinə görə, Pentaqon sursat tədarükünün sürətləndirilməsi üçün 21 milyard dollar, zədələnmiş texnikanın yenilənməsi üçün 2 milyard dollar, yeni texnologiyalara sərmayə üçün isə 11,6 milyard dollar əlavə maliyyə tələb edib.

Qeyd edək ki, Pentaqon daha əvvəl Konqresə İran müharibəsinin xərclərinin təxminən 29 milyard dollar olduğunu bildirmişdi. Lakin həmin rəqəmə ABŞ bazalarında yaranan zərərin daxil olmadığı qeyd olunurdu.

MONETAR.AZ