Bu gün 20 rayonda torpaq sahələri hərraca çıxarılır

Bu gün 20 rayonda torpaq sahələri

Bu gün  saat 15:00-də torpaq müsabiqə və hərracları keçiriləcək. Hərraclarda müxtəlif məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri satışa və uzunmüddətli icarəyə təqdim olunacaq.

Hərraca çıxarılan torpaq sahələri arasında sahibkarlıq fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədləri üçün nəzərdə tutulan sahələr var.

Ən böyük sahələrdən biri Sabirabad rayonunun Moranlı Bələdiyyəsinə aid Moranlı kəndində yerləşən 14,67 hektarlıq torpaq sahəsidir. Həmin sahə 15 il müddətinə kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə icarəyə veriləcək. İlkin qiymət 1628 manat, hərrac addımı isə 163 manat müəyyən edilib.

Salyan rayonunun Qaraçala Bələdiyyəsinə aid 19 hektar torpaq sahəsi də 15 illik icarəyə çıxarılıb. Sahə kənd təsərrüfatı (heyvandarlıq) məqsədi daşıyır və ilkin qiyməti 2185 manatdır.

Sabirabad rayonunda digər torpaq sahələri də hərraca təqdim olunub. Belə ki, Ulacalı Bələdiyyəsinin Mürsəlli kəndində 7,65 hektar, Nizami Bələdiyyəsinin Rüstəmli kəndində isə 7,09 hektar torpaq sahəsi kənd təsərrüfatı fəaliyyəti üçün 15 illik icarəyə veriləcək.

Lənkəran rayonunun Şağlaser Bələdiyyəsi tərəfindən Xarxatan kəndində yerləşən 1,4 hektar, 1,2 hektar və 4000 kvadratmetrlik torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə çıxarılıb. Həmin sahələrin ilkin qiymətləri müvafiq olaraq 700 manat, 600 manat və 200 manat təşkil edir.

Zərdab rayonunun Gəlmə Bələdiyyəsinin Xanməmmədli kəndində yerləşən iki 4 hektarlıq torpaq sahəsi də 15 il müddətinə icarəyə veriləcək. Sahələr üzrə ilkin qiymət 640 manat müəyyən edilib.

Ağcabədi rayonunda da bir neçə torpaq sahəsi hərraca çıxarılıb. Yuxarı Qiyaməddinli Bələdiyyəsinə aid 1,6 hektar və 2 hektarlıq sahələr kənd təsərrüfatı məhsullarının istehsalı üçün, digər 2 hektarlıq sahə isə heyvandarlıq məqsədilə icarəyə təqdim olunacaq.

Boyat və Sarıcalı bələdiyyələrinə aid torpaqlar arasında 1,15 hektar, 1,5 hektar və 7,4 hektarlıq sahələr də yer alır.

Satışa çıxarılan torpaqlar sırasında Şirvan şəhəri, Sabirabad, Xaçmaz və Ağcabədi rayonlarında sahibkarlıq və fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan sahələr də var.

Belə ki, Şirvan şəhəri Bələdiyyəsinə aid 100 kvadratmetrlik torpaq sahəsinin ilkin qiyməti 4000 manat, Sabirabad rayonunun Qaragüney Bələdiyyəsinə aid 1200 kvadratmetrlik sahənin ilkin qiyməti isə 36 min manat müəyyən edilib.

Xaçmaz rayonunun İstisu Bələdiyyəsinə aid 322 kvadratmetrlik torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün satışa çıxarılıb. Həmin sahənin ilkin qiyməti 6440 manatdır.

Ağcabədi rayonunun Hüsülü Bələdiyyəsinə aid 200 kvadratmetrlik torpaq sahəsi isə sahibkarlıq məqsədilə satışa təqdim olunur. Sahənin ilkin qiyməti 6140 manat təşkil edir.

Hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti ərazi şöbələrində keçiriləcək. 

MONETAR.AZ