Yapon yeni dollar qarşısında 39 ilin minimum səviyyəsinə düşüb

Yapon yeni dollar qarşısında

Yaponiya valyutası yen ABŞ dolları qarşısında son 39 il yarımın ən aşağı göstəricisini qeydə alıb.

Bazar məlumatlarına əsasən, dollar/yen məzənnəsi 162,84 səviyyəsinə yüksəlib. Bu, 1986-cı ilin dekabrından bəri yenin dollar qarşısında ən zəif mövqeyi hesab olunur.

Son dövrdə ABŞ dollarının yen qarşısında möhkəmlənməsi davam edib. Belə ki, son 4 həftə ərzində USD/JPY məzənnəsi təxminən 0,78 faiz, son 12 ay ərzində isə 10,95 faiz artıb.

Analitiklər bildirirlər ki, yenin zəifləməsinə əsas təsirlərdən biri ABŞ və Yaponiya arasında faiz dərəcələri fərqinin geniş qalmasıdır. ABŞ-da yüksək faizlər dolları dəstəkləyərkən, Yaponiyada daha yumşaq pul-kredit siyasəti yenə təzyiq göstərir.

Yenin uzunmüddətli ucuzlaşması idxal xərclərinin, xüsusilə enerji və xammal qiymətlərinin artmasına səbəb ola biləcəyi üçün Yaponiya iqtisadiyyatı üçün əlavə risklər yaradır.

MONETAR.AZ