Bakı Biznes Universiteti 3 kafedraya müdir axtarır

Bakı Biznes Universiteti 3 kafedraya

Bakı Biznes Universiteti 3 kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Universitetdən verilən məlumata gör, vakant yerlər “Mühasibat uçotu”, “İqtisadi nəzəriyyə” və “Humanitar elmlər” kafedralarının müdirləri vəzifələrini əhatə edir. Hər bir vəzifə üzrə bir nəfər seçiləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər sənədlərini elan dərc olunduğu gündən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək universitetin Kadrlar (Ümumi) şöbəsinə təqdim edə bilərlər.

Namizədlərdən ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, elmi və elmi-metodiki işlərin siyahısı, həmçinin müvafiq struktur bölməsinin inkişafına dair 3–5 səhifə həcmində platforma təqdim etmələri tələb olunur.

Universitet bildirir ki, kafedra müdiri vəzifəsinə yalnız kafedrada kadr hazırlığı aparılan ixtisaslara uyğun namizədlər müraciət edə bilərlər. Bundan əlavə, namizədlərin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsinə, eləcə də professor və ya dosent elmi adına malik olmaları əsas şərtlər sırasındadır.

MONETAR.AZ