2026-cı ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycan əhalisinin maddi rifah göstəriciləri yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə əhalisinin nominal gəlirləri 10,3 faiz artaraq 47 milyard 309,0 milyon manata çatıb.
Hesabat dövründə əhalinin adambaşına düşən orta aylıq nominal gəliri 767,9 manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə (698,3 manat) 10,0 faiz və ya 69,6 manat çoxdur.
Bütün vergilər və məcburi ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan gəlirləri 10,5 faiz artaraq 41 milyard 768,2 milyon manata yüksəlib. Ölkə üzrə adambaşına düşən orta aylıq sərəncamda qalan xalis gəlir isə 615,7 manatdan 678,0 manata (+10,1%) qalxıb.
MONETAR.AZ