Əmtəə bazarlarında pambıq və gümüş bahalaşıb

Əmtəə bazarlarında

Beynəlxalq əmtəə bazarlarında son ticarət sessiyasında qiymətlər müxtəlif istiqamətlərdə dəyişib. Kənd təsərrüfatı məhsulları, metallar və enerji daşıyıcıları üzrə həm artım, həm də azalma qeydə alınıb.

Kənd təsərrüfatı məhsulları arasında ən çox ucuzlaşan yulaf olub. Onun qiyməti 2,56% azalıb. Kanola isə 1,11 % dəyər itirib. Ən çox bahalaşan məhsullar pambıq (1,84 %), kakao (1,56 %) və düyü (1,50 %) olub.

Metal bazarında ən böyük eniş litium karbonatın qiymətində qeydə alınıb. Bu əmtəə 4,95% ucuzlaşıb. Dəmir filizi (CNY) isə 1,19 % geriləyib. Bununla yanaşı, gümüşün qiyməti 4,29 %, misin qiyməti 2,86 %, platinin qiyməti 1,73 %, qızılın qiyməti isə 1,62 % artıb.

Enerji məhsulları bazarında metanol 3,39% ucuzlaşaraq ən çox dəyər itirən məhsul olub. Kokslaşan kömürün qiyməti 1,10%, propanın qiyməti isə 0,65% azalıb. Eyni zamanda, WTI markalı xam neft 2 %, Böyük Britaniya təbii qazı 1,89 %, Brent markalı neft isə 1,86 % bahalaşıb.

MONETAR.AZ