2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda şəkər istehsalında əhəmiyyətli artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə ölkədə 221,5 min ton şəkər və qənd istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur.
Bununla yanaşı, şəkərli qənnadı məmulatlarının istehsalı da artaraq 4 812,6 ton təşkil edib. Bu məhsul üzrə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% yüksəlib.
İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 12,1 min ton şəkər və qənd, 69,8 ton şəkərli qənnadı məmulatı ehtiyatı olub.
MONETAR.AZ