Qlobal əmtəə bazarlarında keçirilən son ticarət sessiyasında enerji, metal və kənd təsərrüfatı məhsulları üzrə qiymətlərdə fərqli dinamika müşahidə olunub.
MONETAR.AZ xəbər verir ki, enerji məhsulları arasında ən yüksək artım metanolun qiymətində qeydə alınıb. Metanol 6,57 faiz, Almaniyada təbii qaz (THE) 2,14 faiz, Böyük Britaniyada təbii qaz 1,59 faiz, Brent markalı neft 0,73 faiz, WTI markalı xam neft isə 0,17 faiz bahalaşıb. Eyni zamanda, təbii qazın qiyməti 1,95 faiz, benzin 0,84 faiz, propan isə 0,65 faiz ucuzlaşıb.
Metallar bazarında gümüş 1,54 faiz, mis isə 1,52 faiz bahalaşıb. Bununla yanaşı, armatur poladı 1,03 faiz, silikon 0,60 faiz, dəmir filizi (CNY) 0,52 faiz, qızıl isə 0,22 faiz dəyər itirib.
Kənd təsərrüfatı məhsulları arasında taxta materiallarının (Lumber) qiyməti 1,91 faiz, kanolanın qiyməti isə 1,83 faiz yüksəlib. Ən çox ucuzlaşan məhsullar isə buğda (1,35 faiz) və kauçuk (0,51 faiz) olub.