"Maştağa-Aqrotexservis” ASC səhmdarlarının yığıncağı keçiriləcək

"Maştağa-Aqrotexservis” ASC səhmdarlarının

“Maştağa-Aqrotexservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı sentyabrın 5-də keçiriləcək.

Şirkətin yaydığı məlumata görə, yığıncaq saat 14:00-da cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 4 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Bildirilib ki, yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə illik maliyyə hesabatlarının təsdiqi, eləcə də ASC-nin cari vəziyyətinin müzakirəsi məsələləri daxil edilib.

Səhmdarlar gündəlikdə yer alan məsələlərə dair sənədlərlə həftənin iş günləri saat 10:00-dan 13:00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət etməklə tanış ola bilərlər.