“Bakı Şərab-1” ATSC səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Şərab-1” ATSC səhmdarlarının

“Bakı Şərab-1” ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı avqustun 28-də keçiriləcək.

Şirkətdən bildirilib ki, yığıncaq saat 11:00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 104 ünvanında yerləşən inzibati binada baş tutacaq.

Məlumata görə, iclasın gündəliyinə cəmiyyətin adının dəyişdirilməsi və nizamnaməsinin yeni redaksiyada təsdiqi, icra orqanının yenidən formalaşdırılması, Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi, audit yoxlamasının nəticələrinin müzakirəsi, eləcə də digər təşkilati və maliyyə məsələləri daxil edilib.

MONETAR.AZ