Ən çox iş saatı turizm və ticarətdə qeydə alınıb

Ən çox iş saatı turizm və

Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının həcmi iqtisadi fəaliyyət sahələrindən asılı olaraq fərqli olub.

İlin ilk beş ayında ən çox orta aylıq iş saatı turizm və ictimai iaşə sahəsində qeydə alınıb. Bu sahədə bir işçiyə düşən işlənmiş vaxt 151,5 saat təşkil edib.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu göstərici 151,4 saat, tikinti sektorunda isə 151,1 saat olub.

Ən az işlənmiş iş saatı isə digər xidmət sahələrində qeydə alınıb. Bu sahədə orta aylıq göstərici 131,5 saat təşkil edib. Təhsil sektorunda 133,9 saat, səhiyyə və sosial xidmətlər sahəsində isə 135,8 saat olub.

Əmək bazarının digər göstəricilərinə dair Dövlət Statistika Komitəsinin Dövlət Məşğulluq Agentliyinin məlumatlarına əsasən açıqladığı rəqəmlərə görə, 2026-cı il iyulun 1-nə agentliyin yerli qurumlarında qeydiyyatda olan rəsmi işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib.

Qeydiyyata alınmış işsizlərin 52,3 faizini qadınlar təşkil edib.

Hesabat dövründə dövlət tərəfindən ödənilən işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 475,8 manat olub.

MONETAR.AZ