Siqaret istehsalı 18,7 %, emal olunmuş tütün istehsalı isə 2,3 dəfə artıb
2026-cı ilin yanvar-iyun aylarında tütün sənayesində istehsal artımı davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə ölkədə 8 milyard 707,2 milyon ədəd siqaret istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 % artıb.
Emal olunmuş tütün istehsalı isə daha yüksək artım nümayiş etdirib. Belə ki, altı ay ərzində 2170,8 ton emal olunmuş tütün istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 1 milyard 154,9 milyon ədəd siqaret və 1 363,2 ton emal olunmuş tütün ehtiyatı olub.
MONETAR.AZ