İnşaat üçün əhəng daşı hasilatı 50 faizədək artıb

İnşaat üçün əhəng daşı hasilatı

2026-cı ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində tikinti materiallarının istehsalında istifadə olunan xammallar üzrə artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə inşaat üçün əhəng daşı hasilatı 228,6 min ton olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,1 % çoxdur.

Çınqıl və qırmadaş hasilatı 22,5 % artaraq 2 milyon 546,7 min tona, gips və anhidrit hasilatı isə 10,3 % artaraq 334,4 min tona çatıb.

Tikinti qumunun hasilatı 519,2 min ton təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6% azdır.

MONETAR.AZ