Duru bitki yağı istehsalı 25,5% artıb, marqarin istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında yağ məhsullarının istehsalında fərqli dinamika müşahidə olunub.
Yanvar-iyun aylarında ölkədə 25 342 ton duru bitki yağı istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,5% artım deməkdir.
Eyni zamanda marqarin istehsalı 17 748,6 ton olub və illik müqayisədə 24,5% azalıb.
Hesabat dövrünün sonuna sənaye müəssisələrinin anbarlarında 2 602,3 ton duru bitki yağı və 2 574,9 ton marqarin ehtiyatı qeydə alınıb.
MONETAR.AZ