Azərbaycanda mal-qaranın sayı azalıb, quşçuluqda yumurta istehsalı artıb.Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-iyun aylarında iribuynuzlu mal-qaranın sayı 2 431,4 min baş təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb. İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı 1 211 min baş olub ki, bu da illik müqayisədə 0,8% azalma deməkdir.
Qoyun və keçilərin sayı isə 6 850,6 min baş təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalıb.
Donuzların sayında da azalma qeydə alınıb. İyulun 1-nə ölkədə donuzların sayı 3 298 baş olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azalma deməkdir.
Quşçuluq sahəsində isə istehsal göstəriciləri açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 53 min ton quş əti istehsal olunub.
Hesabat dövründə quşçuluq müəssisələrində 602,5 milyon ədəd yumurta istehsal edilib. İyulun 1-nə həmin müəssisələr üzrə quşların ümumi sayı 13 860,1 min baş təşkil edib.
Bundan əlavə, hər yumurtlayan toyuqdan orta hesabla 132 ədəd yumurta əldə olunub.
MONETAR.AZ