2025-ci ilin sonunda Azərbaycanda buğda ehtiyatları 422 min 435 ton təşkil edib. Bu, 2024-cü ilin sonundakı göstəricidən 35 min 958 ton və ya 7,8% azdır.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin sonunda ölkədə 567 min 392 ton buğda ehtiyatı olub.
2021-ci ildə ehtiyatlar 325 min 665 tona, 2022-ci ildə isə 281 min 259 tona enib. 2023-cü ilin sonunda göstərici 401 min 296 tona, 2024-cü ildə isə 458 min 393 tona yüksəlib.
Beləliklə, 2025-ci ilin sonunda buğda ehtiyatları əvvəlki illə müqayisədə azalıb və 2020-ci ilin səviyyəsindən 25,6% aşağı olub.
