Pomidor ixracında artım, idxal və ehtiyatlarda isə azalma var

Pomidor ixracında artım, idxal və ehtiyatlarda isə

Azərbaycandan pomidor ixracı 2023–2025-ci illərdə 22,8% artıb. Eyni dövrdə pomidor idxalı azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, 2023-cü ildə ölkədən 141 min 81 ton pomidor ixrac edilib. 2025-ci ildə bu göstərici 173 min 257 tona çatıb. Artım 32 min 176 ton təşkil edib.

Pomidor idxalı isə 2024-cü ildəki 12 min 563 tondan 2025-ci ildə 8 min 594 tona düşüb. İllik azalma 31,6% olub.

2025-ci ilin sonunda pomidor ehtiyatları 123 min 594 ton təşkil edib. Bu, 2024-cü ilin sonundakı göstəricidən 5 min 674 ton və ya 4,4% azdır.