Azərbaycanda qarğıdalı istehsalı və idxalı artıb

Azərbaycanda qarğıdalı istehsalı və

Azərbaycanda qarğıdalı istehsalı 2020-ci ildəki 314 min 512 tondan 2025-ci ildə 331,6 min tona yüksəlib. Beş ildə artım 5,4% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, qarğıdalı idxalı da artıb. 2020-ci ildə 48 min 581 ton olan idxal 2025-ci ildə 51 min 141 ton təşkil edib.

Qarğıdalının yem məqsədilə istifadəsi də yüksəlib. 2020-ci ildə bu məqsədlə 171 min 123 ton məhsul istifadə olunduğu halda, 2025-ci ildə göstərici 189 min 208 tona çatıb.

Beləliklə, müqayisə edilən dövrdə qarğıdalı istehsalı, idxalı və yem məqsədilə istifadəsi artıb.