Azərbaycanın xarici dövlət borcunun əsas hissəsi növbəti 5 il ərzində ödənilməli olan öhdəliklərdən ibarətdir. Monetar.az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, 1 oktyabr 2026-cı il tarixinə xarici dövlət borcunun 67,7%-nin ödəmə müddəti beş ilə qədər olub.
Hesabatda əks olunan bölgüyə əsasən, xarici dövlət borcunun 26,8%-i 5 ildən 10 ilədək, 5,5%-i isə 10 ildən yuxarı müddətdə ödənilməlidir.
Beləliklə, xarici dövlət borcunun təxminən üçdə ikisi 5 ilədək olan müddətə, cəmi 5,5%-i isə 10 ildən artıq müddətə düşür.
Xarici dövlət borcunun ümumi həcmi 4 milyard 509,5 milyon dollar təşkil edib.