Azərbaycanda qadınlar kişilərdən 4,4 il çox yaşayır

Azərbaycanda qadınlar kişilərdən

Azərbaycanda qadınların gözlənilən ömür uzunluğu kişilərdən xeyli yüksəkdir. Monetar.az Dövlət Statistika Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə qadınlar üçün doğulanda gözlənilən ömür uzunluğu 79,3 yaş, kişilər üçün isə 74,9 yaş təşkil edib.

Beləliklə, qadınlarla kişilər arasındakı fərq 4,4 il olub.  Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə kişilər üçün gözlənilən ömür uzunluğu 74,5 yaş təşkil edib. Bir il ərzində bu göstərici 0,4 yaş artıb. Qadınlarda isə göstərici dəyişməyərək 79,3 yaş səviyyəsində qalıb.

Gözlənilən ömür uzunluğu müəyyən dövrdəki ölüm göstəriciləri əsasında hesablanan demoqrafik göstəricidir. Bu rəqəm hər bir insanın mütləq həmin yaşa qədər yaşayacağı anlamına gəlmir.