Ən bahalı kredit bu regionlarda verilir

Ən bahalı kredit bu

Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,06% təşkil edib. Monetar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixinə regionlar üzrə orta faiz dərəcələri arasında ciddi fərqlər qeydə alınıb.

Ən yüksək orta faiz dərəcəsi Dağlıq Şirvan iqtisadi rayonunda olub. Burada göstərici 20,57% təşkil edib. Mərkəzi Aran iqtisadi rayonunda orta faiz dərəcəsi 20,28%, Qazax-Tovuz iqtisadi rayonunda isə 20,04% olub.

Lənkəran-Astara iqtisadi rayonunda orta faiz dərəcəsi 19,80%, Şirvan-Salyan iqtisadi rayonunda 19,78%, Qarabağ iqtisadi rayonunda 19,72%, Mil-Muğan iqtisadi rayonunda isə 19,60% təşkil edib.

Ən aşağı orta faiz dərəcəsi Bakı iqtisadi rayonunda qeydə alınıb. Paytaxtda göstərici 12,66% olub. Şərqi Zəngəzur iqtisadi rayonunda orta faiz dərəcəsi 13,99%, Naxçıvan iqtisadi rayonunda isə 15,53% təşkil edib.

Beləliklə, Dağlıq Şirvan iqtisadi rayonunda orta kredit faizi Bakı ilə müqayisədə 7,91 faiz bəndi yüksək olub.

Qeyd edək ki, regionlar üzrə orta faiz dərəcələrinin fərqlənməsi kreditlərin növü, müddəti və borcalanların xüsusiyyətləri ilə bağlı ola bilər.