2026-cı ilin sentyabr ayında Azərbaycanda ödəniş xidməti şəbəkəsində POS-terminalların sayı əvvəlki ayın sonu ilə müqayisədə 4,6% azalıb.
Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ödənişlər sektoruna dair açıqladığı məlumatda bildirilir.
Məlumata əsasən, eyni dövrdə bankomatların sayı da 0,2% azalıb. Bununla yanaşı, sentyabrın sonuna dövriyyədə olan ödəniş kartlarının sayı aylıq müqayisədə 414 min ədəd artaraq 23,388 milyona çatıb.
Digər tərəfdən, sentyabr ayında kartlarla ölkədaxili nağdsız ödənişlərin həcmi 8,977 milyard manat təşkil edib.