2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 414 min ədəd artaraq 23 milyon 388 minə yüksəlib.
Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ödənişlər sektoruna dair məlumatında qeyd olunub.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 9,5% artıb.
Bununla yanaşı, kartların növləri üzrə fərqli dinamika müşahidə olunub. Debet kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artdığı halda, kredit kartlarının sayı 3,9% azalıb.
Digər tərəfdən, bankomatların sayı avqust ayının sonu ilə müqayisədə 0,2%, POS-terminalların sayı isə 4,6% azalıb.
Sentyabrın sonuna Azərbaycanda fəaliyyət göstərən 21 bankın 507 filialı və 80 şöbəsi olub. Bankomatların sayı isə 3 500 təşkil edib.