Fiziki şəxslərin müddətli əmanətləri 211 milyon manat artıb

Fiziki şəxslərin müddətli əmanətləri

Bu ilin sentyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 1,8% və ya 211 milyon manat artaraq 11 milyard 731,6 milyon manata çatıb.

Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 71,4%-i milli valyutada, 28,6%-i isə xarici valyutada yerləşdirilib. Milli valyutada olan əmanətlərin həcmi 13 milyard 162,5 milyon manat, xarici valyutada olan əmanətlərin həcmi isə 5 milyard 273,8 milyon manat təşkil edib.

Fiziki şəxslərin ümumi əmanət portfelinin 63,6%-i, yəni 11 milyard 731,6 milyon manatı müddətli əmanətlərin payına düşüb.

Sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 2,6% və ya 5 801 nəfər artıb. İlin əvvəlindən isə bu göstərici 19,4% və ya 37 723 nəfər yüksəlib.

Nəticədə unikal müddətli əmanətçilərin ümumi sayı 231,9 min nəfərə çatıb.

Hüquqi şəxslərin tələbli depozitlərinin həcmi 18 milyard 97,6 milyon manat təşkil edib. Bu məbləğ hüquqi şəxslərin ümumi depozit portfelinin 76%-nə bərabərdir.