Azərbaycanda bitki yağı istehsalı azalıb

Azərbaycanda bitki yağı istehsalı

Azərbaycanda bitki yağlarının istehsalı 2020-ci ildəki 75 088 tondan 2025-ci ildə 58 112 tona düşüb. Beş ildə azalma 17 min tona yaxın və ya 22,6% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, 2021–2025-ci illərdə bitki yağlarının idxalı 41 753 tondan 62 374 tona yüksəlib. Bu, 49,4% artım deməkdir.

Əhalinin şəxsi istehlak fondu isə 2021-ci ildəki 94 502 tondan 2025-ci ildə 88 065 tona enib. Eyni dövrdə ixrac 15 107 tondan 9 481 tona düşüb.

Beləliklə, son beş ilin göstəriciləri yerli istehsalın azalması və idxalın artması tendensiyasını göstərir. Qeyd edək ki, məcmuədə saflaşdırılmamış xam bitki yağları bu balansın tərkibinə daxil edilməyib.