Azərbaycanda mal əti istehsalı son beş ildə 5,2% artdığı halda, idxal 43% yüksəlib. Bu dövrdə əhalinin şəxsi istehlak fondu da genişlənib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, mal əti istehsalı 2020-ci ildə 143 082 ton, 2025-ci ildə isə 150 479 ton olub.
İdxal 20 715 tondan 29 619 tona yüksəlib. Əhalinin şəxsi istehlak fondu isə 162 857 tondan 178 755 tona çatıb.
Beləliklə, idxaldakı artım istehsaldakı artımdan xeyli yüksək olub. 2025-ci ilin sonunda mal əti üzrə ehtiyatlar 4 265 ton təşkil edib.
