Azərbaycanda bütün növ pendirlərin istehsalı 2020-ci ildəki 53 473 tondan 2025-ci ildə 53 214 tona düşüb. 5 il ərzində istehsal 259 ton və ya 0,5% azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, pendir idxalı 9 292 tondan 10 321 tona yüksəlib. Artım 11,1% olub.
Əhalinin şəxsi istehlak fondu isə 59 350 tondan 63 206 tona çatıb. Bu, 6,5% artım deməkdir.
Eyni zamanda, pendir ixracı 2 037 tondan cəmi 99 tona düşüb. Beləliklə, pendir balansında istehsal sabit qaldığı halda, idxal və istehlak fondu artıb, ixrac isə kəskin azalıb.
