2025-ci ildə Azərbaycanda mal-qara və quş yemi üçün 16 min 281 ton qarğıdalı istifadə edilib. Bu, 2024-cü ilin göstəricisindən 4 min 248 ton və ya 35,3% çoxdur.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qarğıdalının yem məqsədilə istifadəsi 2020-ci ildə 10 min 647 ton təşkil edib. Beləliklə, beş ildə artım 52,9%-ə çatıb.
İlin sonunda qarğıdalı ehtiyatları da artıb. 2024-cü ilin sonundakı 3 min 687 ton ehtiyat 2025-ci ilin sonunda 5 min 35 tona yüksəlib. İllik artım 36,6% təşkil edib.
