Azərbaycandan çay ixracı 7 ayda 23 faizdən çox artıb

Azərbaycandan çay ixracı 7 ayda

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın çay ixracında artım qeydə alınıb. Hesabat dövründə xarici bazarlara 531,33 ton çay göndərilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

İxrac olunan çayın dəyəri də yüksəlib. Belə ki, 2026-cı ilin ilk yeddi ayında çay ixracından əldə olunan gəlir 4 milyon 667,47 min dollar təşkil edib. Bu, illik müqayisədə 19,5% artım deməkdir.

Müqayisə üçün, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 430,8 ton çay ixrac olunmuşdu. Həmin məhsulun ümumi dəyəri isə 3 milyon 905,92 min dollar təşkil edib.

Beləliklə, cari ilin ilk yeddi ayında həm ixracın fiziki həcmi, həm də çayın xarici bazarlardakı ümumi dəyəri əvvəlki ilin göstəricilərini üstələyib.