Kənd təsərrüfatında bəzi proqramların icrası aşağı səviyyədə olub

 Kənd təsərrüfatında bəzi proqramların

2025-ci ildə kənd təsərrüfatı üzrə bir sıra proqramların maliyyələşdirilməsi və nəticə göstəricilərinin icrasında aşağı göstəricilər qeydə alınıb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Hesabata əsasən, “Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı” proqramı üzrə həm vəsaitlərin istifadəsi, həm də nəticə göstəricilərinin icrası 0 faiz təşkil edib.

Meyvəçilik üzrə “Meyvə bağlarının sahəsi” və “Meyvə istehsalı” göstəricilərinin icra səviyyəsi 0,1 faiz olub.

“Digər texniki bitkilər” üzrə nəticə göstəricilərinin icrası 66,5 faiz təşkil edib.

Eyni zamanda, “Dövlət proqramlarının icrası” istiqaməti üzrə ayrılmış vəsaitlərin 34,3 faizi istifadə olunub. Bu istiqamətdə nəticə göstəricilərinin orta icra səviyyəsi 50 faiz təşkil edib.

Hesabatda kənd təsərrüfatı üzrə ayrı-ayrı proqramların icra səviyyəsində əhəmiyyətli fərqlərin olduğu göstərilir.