Kənd təsərrüfatına ayrılan büdcə vəsaitlərinin 96,9 faizi istifadə edilib. Monetar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci ildə dövlət büdcəsinin “Kənd təsərrüfatı” bölməsi üzrə 1 milyard 156,5 milyon manat vəsait nəzərdə tutulmuşdu. Hesabata əsasən, il ərzində kənd təsərrüfatı üzrə nəzərdə tutulan vəsaitin 96,9 faizi istifadə edilib. Bununla yanaşı, sektor üzrə nəticə göstəricilərinin orta icra səviyyəsi 86,8 faiz təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, kənd təsərrüfatı üzrə nəzərdə tutulan 30 tədbirdən 20-si üzrə nəticə göstəricilərinin icra səviyyəsi 96 faizdən aşağı olub.
Hesabatda qeyd edilir ki, büdcə vəsaitlərinin yüksək səviyyədə icra olunması ilə nəticə göstəricilərinin icrası arasında fərqlər müşahidə edilib.