Azərbaycanda 7 ayda 348 min ton ət istehsal edilib

Azərbaycanda 7 ayda

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 348,2 min ton ət istehsal edilib. Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Hesabat dövründə 1 milyon 317,3 min ton süd istehsal olunub. Süd istehsalı illik müqayisədə 0,1 faiz artıb.

Yumurta istehsalı isə 1 milyard 426,3 milyon ədəd təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artıb.

Yanvar-iyul aylarında 13,5 min ton yun istehsal edilib. Yun istehsalı 1,9 faiz azalıb.

Barama istehsalında isə daha ciddi azalma qeydə alınıb. Belə ki, hesabat dövründə 155,8 ton barama istehsal olunub və bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azdır.