Tütün və çəltikdə yüksək nəticə, günəbaxanda geriləmə

Tütün və çəltikdə yüksək nəticə,

2025-ci ildə kənd təsərrüfatı üzrə bəzi istehsal və məhsuldarlıq göstəricilərində nəzərdə tutulan hədəflər üstələnib.

Monetar.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Hesabata əsasən, buğdanın əkin sahəsi üzrə göstərici 86,4 faiz, ümumi istehsal üzrə göstərici isə 92,1 faiz təşkil edib. Bununla yanaşı, buğdanın məhsuldarlığı üzrə hədəf 107,4 faiz səviyyəsində icra olunub.

Çəltik istehsalı üzrə müəyyən edilmiş hədəf 112,9 faiz, tütün istehsalı üzrə isə 127,5 faiz icra edilib. Tütünün məhsuldarlığı üzrə göstərici də 114,1 faiz təşkil edib.

Maliyyə Nazirliyinin hesabatında kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəticələrin fərqləndiyi qeyd olunur.

Belə ki, dən üçün günəbaxanın əkin sahəsi üzrə icra 96,5 faiz olsa da, məhsuldarlıq 80,8 faiz, istehsal göstəricisi isə 82,1 faiz səviyyəsində olub.