Günəbaxan yağı Azərbaycana neçəyə gətirilir?

Günəbaxan yağı Azərbaycana

Azərbaycan 5 ayda 8,4 min tondan çox emal olunmuş günəbaxan yağı idxal edib – 1 kiloqramın orta qiyməti 2,64 manat olub

2026-cı ilin yanvar–may aylarında Azərbaycan xaricdən 8 min 406,9 ton emal olunmuş günəbaxan yağı idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu məhsulun idxalına 13 milyon 47,1 min ABŞ dolları vəsait xərclənib.

Hesablamalara əsasən, emal olunmuş günəbaxan yağının 1 kiloqramının orta idxal qiyməti 1,55 ABŞ dolları, yəni təxminən 2,64 manat təşkil edib.

Hesabat dövründə emal olunmuş günəbaxan yağının əsas tədarükçüsü Rusiya olub. Bu ölkədən Azərbaycana 7 min 845,5 ton məhsul idxal edilib ki, bu da ümumi idxalın təxminən 93%-ni təşkil edir.

Türkiyə 515,3 ton məhsulla ikinci yerdə qərarlaşıb. Kiçik həcmdə idxal isə Belarus, İspaniya, İtaliya, Almaniya, Litva və Slovakiyadan həyata keçirilib.

MONETAR.AZ