Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 746 milyon manatdan çox olub

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 746 milyon

2026-cı ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsində müsbət artım qeydə alınıb. İlk altı ayın yekunlarına görə, ticarət dövriyyəsinin həcmi 746 milyon 30 min 200 manata çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Hesabat dövründə ticarət şəbəkəsində 384 milyon 205 min 600 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları satılıb. Qeyri-qida məhsullarının satışı isə 361 milyon 824 min 600 manat təşkil edib.

Rəsmi statistikaya əsasən, pərakəndə ticarət dövriyyəsində həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının yüksək payı istehlak bazarında sabit tələbin qorunduğunu və muxtar respublikada daxili ticarət aktivliyinin davam etdiyini göstərir.