Apple yeni AirPods 5 qulaqlıqlarını təqdim edib

Apple yeni AirPods 5 qulaqlıqlarını

“Apple” şirkəti payız təqdimatı çərçivəsində yeni nəsil “AirPods 5” simsiz qulaqlıqlarını nümayiş etdirib. Yeni qarniturun satışına sentyabrın 18-dən başlanacağı açıqlanıb.

“AirPods 5” əvvəlki nəsillə müqayisədə daha təkmilləşdirilmiş aktiv küyboğma (ANC) sistemi ilə təchiz olunub. Şirkətin təqdim etdiyi məlumata görə, ANC aktiv olduqda qulaqlıqların işləmə müddəti 4 saata qədər olacaq. Şəffaflıq rejimi də yenilənərək ətraf səslərin daha təbii qəbul edilməsinə imkan verəcək.

Yeni modelin funksiyaları arasında “Siri AI” dəstəyi və canlı tərcümə imkanı da yer alır. Bununla belə, canlı tərcümə funksiyasında rus dili dəstəklənməyən dillər sırasındadır.

“AirPods 5” iki versiyada satışa çıxarılacaq. Standart versiyanın qiyməti 129 dollar müəyyənləşdirilib. Daha funksional variant isə simsiz enerji doldurma dəstəyi, səs səviyyəsinin tənzimlənməsi və aktiv küyboğma rejimi ilə 5 saata qədər işləmə imkanı təqdim edən keys ilə birlikdə 149 dollara satılacaq.

Yeni qulaqlıqların sentyabrın 18-dən etibarən satışda olacağı gözlənilir.

 

MONETAR.AZ