Asiya ticarət sessiyası zamanı WTI markalı neft ucuzlaşıb

Asiya ticarət sessiyası zamanı WTI markalı neft

Dünya bazarlarında neft qiymətləri aşağı düşüb. Nyu-York Əmtəə Birjasında (NYMEX) yanvar tədarüklü WTI markalı neftin fyuçersləri 0,30% ucuzlaşaraq bir barel üçün 82,69 dollara enib.

Ticarət sessiyasında WTI üzrə minimum qiymət də 82,69 dollar təşkil edib. Texniki göstəricilərə əsasən, neftin yaxın dəstək səviyyəsi 81,20 dollar, müqavimət səviyyəsi isə 88,21 dollar müəyyənləşib.

ABŞ dollarının altı əsas valyutadan ibarət səbətə qarşı məzənnəsini əks etdirən dollar indeksinin fyuçersləri də 0,05% azalaraq 103,79 səviyyəsinə düşüb.

ICE birjasında yanvar tədarüklü Brent markalı neftin fyuçersləri 0,35% ucuzlaşaraq bir barel üçün 92,30 dollar təşkil edib.

Brent və WTI markalı neftin qiymətləri arasındakı fərq 9,61 dollar olub.

MONETAR.AZ