Asiya valyutaları təzyiq altındadır

Asiya valyutaları təzyiq

Asiya valyutaları bu gün əsasən zəifləyib. Yaponiya yeni ardıcıl ikinci sessiyada dəyər itirib, ABŞ dolları isə inflyasiya göstəricilərinin açıqlanması və gələn həftə bir sıra aparıcı mərkəzi bankların faiz qərarları ərəfəsində son bir həftənin maksimumuna yaxın səviyyədə qalıb.

ABŞ dollarının əsas valyutalara nisbətini ölçən indeks çərşənbə axşamı qeydə alınan 0,3%-lik artımdan sonra ciddi dəyişiklik göstərməyərək 99,10 səviyyəsində qərarlaşıb.

USD/JPY cütlüyü təxminən 154,34 səviyyəsində ticarət olunub. Bu, dolların yenə qarşı həftə ərzində 1,2% möhkəmlənməsi deməkdir. Bununla belə, sentyabrın əvvəlində yenin kəskin bahalaşmasından sonra cütlük son bir ay ərzində 3%-dən çox geriləyib.

Bu vəziyyət yenin gələn həftə həm Yaponiya Bankının açıqlamalarına, həm də ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarına qarşı həssaslığını artırır. Xüsusilə USD/JPY cütlüyünün son bir ayda əhəmiyyətli dərəcədə geriləməsi fonunda mərkəzi bankların mesajları valyuta bazarında əsas istiqamətləndirici amillərdən biri olacaq.

Digər Asiya valyutalarında da həftə ərzində fərqli dinamika müşahidə olunub. Avstraliya dolları ABŞ dolları qarşısında təxminən 0,6% zəifləyib, Yeni Zelandiya dolları isə son günlərdə möhkəmlənib. Çin yuanının həm offshore, həm də onshore məzənnəsi həftəlik ifadədə demək olar ki, dəyişməyib. Sinqapur dolları da əsasən sabit qalıb.

Cənubi Koreya vonu bu gün möhkəmlənsə də, USD/KRW cütlüyündə ciddi dəyişiklik qeydə alınmayıb. Hindistan rupisi isə neft qiymətlərinin həftə ərzində kəskin bahalaşması fonunda təzyiq altında qalaraq ABŞ dolları qarşısında 95,67 səviyyəsi ətrafında ticarət olunub.

MONETAR.AZ