ABŞ və İran arasında hərbi gərginliyin artması səbəbindən Bitcoin bu gün ucuzlaşıb. Geosiyasi risklərin yüksəlməsi treyderlərin riskli aktivlərə münasibətdə daha ehtiyatlı davranmasına səbəb olub. ABŞ-da inflyasiyanın əsas göstəricilərinin açıqlanmasının gözlənilməsi də bazarda təzyiqi artıran amillərdən biri olub.
Məlumata görə, dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 09:51-də 1,7% dəyər itirərək 77 197,6 dollara enib. Həftəlik göstəricidə isə Bitkoinin qiyməti təxminən 3% aşağı düşüb. Bununla da kriptovalyuta son üç həftə ərzində davam edən bahalaşma seriyasını dayandırıb.
Kriptovalyuta bazarının digər seqmentlərində də eniş müşahidə olunub. ABŞ-İran münaqişəsinin mümkün nəticələri və ABŞ-da faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı qeyri-müəyyənliklər sentyabrın əvvəlindəki yüksəlişdən sonra investorların mənfəəti fiksasiya etmək məqsədilə satışlara keçməsini sürətləndirib.
Beləliklə, geosiyasi risklər və ABŞ monetar siyasəti ilə bağlı gözləntilər kriptovalyutalar da daxil olmaqla riskli aktivlərin dinamikasında əsas müəyyənedici amillərdən birinə çevrilib.
MONETAR.AZ