Avropa təbii qazın topdansatış qiymətləri bu gün bir neçə günlük kəskin bahalaşmadan sonra investorların mənfəəti fiksasiya etməsi ərəfəsində geriləyib. Buna baxmayaraq, Yaxın Şərqdə hərbi münaqişənin genişlənməsi və bunun qış mövsümündə qaz tədarükünə yarada biləcəyi risklər bazarda qiymətləri yüksək səviyyədə saxlayıb.
Məlumata görə, Niderlandın əsas qaz göstəricisi hesab olunan TTF-də ən yaxın tədarük tarixli müqavilənin qiyməti 2,5 faiz azalaraq 1 MVt·st üçün 77,60 avroya düşüb. Bununla da qiymət beş günlük ardıcıl yüksəlişdən sonra geriləyib. TTF müqaviləsinin qiyməti əvvəlki günlərdə 79,64 avroya qədər yüksələrək 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatmışdı.
Həftəlik nəticələrə əsasən isə Niderland etalonu 12,1 faiz bahalaşıb. Beləliklə, TTF ardıcıl beşinci həftəni də artımla başa vurub.
Böyük Britaniyada əsas göstərici sayılan NBP qaz müqaviləsinin qiyməti də gün ərzində 1,5 faiz azalaraq 195,00 pens/term olub. Müqavilənin qiyməti bundan əvvəl 198 pensə yaxınlaşaraq son illərin ən yüksək səviyyələrinə çatmışdı. Həftəlik göstəricidə isə Britaniya qaz etalonu 12,6 faiz bahalaşıb və ardıcıl beşinci həftəlik artımını qeydə alıb.
MONETAR.AZ