Bitcoin 4 ayın minimumuna yaxınlaşıb: qiymət 63,5 min dollara düşdü

Bitcoin 4 ayın minimumuna yaxınlaşıb:

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bitcoin son ucuzlaşmanı davam etdirərək dörd aylıq minimum səviyyəyə yaxınlaşıb. Buna ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrda faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərin yüksəlməsi və investorların riskli aktivlərdən uzaqlaşması səbəb olub.

Bakı vaxtı ilə saat 10:21-ə olan məlumata görə, bitkoinin qiyməti 1,7% azalaraq 63 529,9 dollara enib. Gün ərzində kriptovalyuta daha da ucuzlaşaraq 62 399,5 dolları görüb. Bu, iyul ayından bəri qeydə alınan ən aşağı qiymət səviyyəsidir.

Bazar iştirakçılarının risk iştahasının zəifləməsində texnologiya və süni intellekt sektorunun səhmlərində davam edən satışlar da rol oynayır. İnvestorların riskli maliyyə alətlərinə marağının azalması kriptovalyutalara yönələn kapital axınını məhdudlaşdırır.

Digər tərəfdən, “Anthropic” şirkətinin birjada debüt edəcəyi ilə bağlı gözləntilər də diqqəti kriptovalyuta bazarından yayındıran amillərdən biri kimi qiymətləndirilir.

FED-in mümkün faiz qərarı, texnologiya sektorundakı satışlar və investorların investisiya seçimlərində dəyişiklik bitkoinin qiymətinə təzyiq göstərməkdə davam edir.

MONETAR.AZ