Qiymətli metallar bahalaşsa da, aylıq itkilər 20 faizi ötüb

Qiymətli metallar bahalaşsa da,

Dünya bazarlarında qiymətli metalların qiymətində artım qeydə alınıb. Gümüş, platin və palladium əvvəlki ucuzlaşmadan sonra bahalaşsa da, hər üç metalın həftəlik və aylıq göstəriciləri mənfi olaraq qalır.

“Bloomberg”in məlumatına görə, gümüşün bir unsiyasının qiyməti 0,81% artaraq 45,425 dollara yüksəlib. Platin 0,50% bahalaşaraq 1 373,05 dollara, palladium isə 1,21% artaraq 963 dollara çatıb.

Qeyd edək ki, gümüş bir gün əvvəl təxminən 5% ucuzlaşmışdı. Son bahalaşmaya baxmayaraq, həftəlik göstəricilərdə ciddi itkilər qeydə alınıb. Belə ki, həftə ərzində gümüş 9,28%, platin 9,71%, palladium isə 2,90% dəyər itirib.

Aylıq müqayisədə də ucuzlaşma davam edir. Son bir ayda gümüşün qiyməti 21,69%, platinin qiyməti 17,13%, palladiumun qiyməti isə 12,86% azalıb.

İlin əvvəlindən bəri qiymətli metallar üzrə itkilər daha geniş miqyas alıb. Bu dövrdə gümüş 35,67%, platin 32,85%, palladium isə 41,70% ucuzlaşıb.

MONETAR.AZ