Bitkoin 3 min dollara qədər ucuzlaşa bilər - proqnoz

Bitkoin 3 min dollara qədər

Kriptovalyuta bazarında son günlər ciddi panika müşahidə olunur. Bitkoin qiyməti yarıbayarı  ucuzlaşaraq 60 min dollar səviyyəsində dayandı. Analitiklər bildirirlər ki, qısa müddətli texniki sıçrayış olsa da bazarın əsas istiqaməti hələ də ucuzlaşmadır.

Müxtəlif kripto birjalarda likvidlik xəritələrinə görə yaxın həftələrdə qiymətin yenə də aşağı düşməsi ehtimalı yüksəkdir. Xüsusilə 71-73 min dollar səviyyəsində əsas likvidlik olmasına baxmayaraq qiymət hələ bu zonaya çatmayıb. Bu isə qiymətin texniki sıçrayışdan sonra yenidən enə biləcəyini göstərir.

Altkoinlərdə də vəziyyət oxşardır. Məsələn, Solana üçün likvidlik xəritəsi göstərir ki, qiymət yaxın vaxtlarda aşağı düşə bilər.

Bəzi ekspertlər  bitkoinin pikin 80 faizlik ucuzlaşması ilə qiymətin 30 min dollar səviyyəsinə qədər enəcəyini gözləyirlər. Lakin son illərdə bazara institusional investisiyaların girməsi və infrastrukturların inkişafı səbəbindən eniş bir az yumşaq ola bilər.

MONETAR.AZ