Dövlət istiqrazları bazarında dövriyyə 79,5 faiz azalıb

Dövlət istiqrazları bazarında dövriyyə

2026-cı ilin yanvar–iyul aylarında dövlət istiqrazları bazarında əməliyyatların həcmində kəskin azalma qeydə alınıb.

Qeyri-repo əməliyyatları üzrə ümumi dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azalaraq 2 milyard 896 milyon manata düşüb.

Ən böyük geriləmə dövlət istiqrazları seqmentində müşahidə olunub. Hesabat dövründə dövlət istiqrazları üzrə əməliyyatların həcmi 727,9 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 554,4 milyon manat idi.

Beləliklə, dövlət istiqrazları bazarında dövriyyə illik müqayisədə 2 milyard 826,5 milyon manat və ya 79,5% azalıb. Bu dinamika qiymətli kağızlar bazarında dövlət istiqrazları ilə əməliyyatların əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.

MONETAR.AZ